Onlayn avtomobil alqı-satqısı intensivləşir, risklər qalır

Hansısa məişət əşyasının onlayn platformalar vasitəsi ilə satılması və ya alınması heç kimə təəccüblü deyil. Maraqlıdır ki, indi dünyada avtomobillərin də onlayn alışı intensivləşib. Söhbət elan saytlarında bəyənilən maşınla bağlı görüş təyin edilməsindən deyil, sifarişin evə çatdırılmasından gedir.
Avtosfer.az Qərb mediasına istinadla xəbər verir ki, hazırda hər 10 avropalıdan biri avtomobilini tam onlayn yolla əldə edir. Bəzi dilerlərdə hətta müştərilən 15 faizdən çoxu satış yerinə gəlmədən maşın alıb. Tendensiya artmaqda davam edir. Bəs onlayn alış-verişin riskləri nədən ibarətdir?
Avropalı ekspertlər bildirirlər ki, onlayn alış asan olsa da, risklər qalmaqdadır. Əvvəla, dilerlər bu yolla ilk növbədə uzun müddətdir satılmayan maşınları reallaşdırmaq istəyirlər. ikinci problem konfiqurasiya ilə bağlıdır. Müştəri maşını şəkildə görüb bəyənir, sürüb yoxlamır. Maşının ünvana çatdırılmasına görə isə 200 avroyadək əlavə ödəniş alınır. Ən əsası isə, fırıldaqçılıqla üzləşmə riski yüksəkdir.
Vüqar
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı












