Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - AÇIQLAMA - VİDEO

Bəzi sürücülər avtomobillərini parklanma ərazilərində saxladıqda xoşagəlməz hallarla qarşılaşırlar. Maşına ciddi ziyan dəymədiyi halda bu zərəri özləri qarşılamalı olurlar. Bəs parklanma vəziyyətində olan avtomobil yol qəzası qurbanı olarsa bu zaman dəymiş ziyanı kim ödəyir? Burada parklanma məntəqəsindəki subyektlərin məsuliyyəti nədən ibarətdir?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov açıq məkanlardakı parklanmalarda avtomobilin təhlükəsizliyi ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmadığını deyib. O bu barədə "Günə doğru" verilişinə açıqlamasında bildirib:
"Yolların, prospektlərin kənarlarındakı parklanmalarda avtomobilin təhlükəsizliyi ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmur. Parklanmaya görə ödəniş edilibsə də, bu həmin ərazidən istifadəyə görə verilir. Avtomobilin mühafizəsinə yaxud da nəzarətinə görə verilmir. Bu, dünyanın hər yerində belədir. Belə parklanma yerlərini təşkil edənlər maşının təhlükəsizliyinə görə heç bir məsuliyyət daşımırlar".
Ekspert qeyd edib ki, qapalı avtodayanacaqlardakı parkinqlərdə isə əksinədir. Həmin ərazilərdə parklanma sahibləri avtomobilə dəyən ziyana görə məsuliyyət daşıyırlar.
(Baku.ws)
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










