Paşinyan 5 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir

Ermənistan ordusu ikinci Qarabağ müharibəsində 4 750 hərbçisini itirib.
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan özünün “Facebook” hesabından yazıb.
“İlk gündən həqiqi ölümləri gizlətmək üçün biabırçı və kədərli bir proses başladı”, - deyən sabiq diplomat əməliyyatın Ermənistanda şəxsən Paşinyanın, Qarabağda isə həyat yoldaşı tərəfindən idarə olunduğunu bildirib.
O, Gorus, Sisiyan, Vanadzor, Gümrü, Eçmiədzin və İrəvan morqlarında yer olmadığını da deyib.
“Və bu Ermənistanda XXI əsrdə - heç nəyi gizli saxlamağın mümkünsüz olduğu hesab olunduğu dövrdə baş verir. Məlum oldu ki, ölən oğlanların cəsədləri saatlarla soyuducuda gizlədilə bilər, çünki Nikol və Annaya gündə ortalama 30 qurbanın adının nəşrinə icazə verilib. Müharibə qurbanlarının son sayı isə hələ bəlli deyil. Əslində var, amma yayımlanmayıb. Fakt budur ki, beş gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi Nikola bu an üçün itkilərin siyahısını təqdim edib”.
Onun sözlərinə görə, təqdim olunan siyahıda 1100 itkin düşmüş erməni hərbçisinin adı da var.
“Ermənistanın Baş nazirinə məruzə edilən 4750 təsdiqlənmiş ölüm. Bu, rəqəm deyil. Bu bir nəsildir, bu bir şəhərdir, bu böyük bir ordudur. Bu dəhşətin məsuliyyəti o qədər böyükdür ki, müharibənin son həftələrində ölənlərin adları dərc olunmadı, dəfndə havaya atəş açmağa icazə verilmədi. Bu reallıqdır”, - deyə o, sözlərinin yekunlaşdırarkən bildirib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












