Pegov Şuşa yaxınlığında qorxaraq qaçdı - VİDEO

Semyon Pegov-Gabrelyanov Şuşa yaxınlığında "təxribat qruplarının təmizlənməsi" prosesini nümayiş etdirirdi, lakin Azərbaycan Silahlı Qüvvələrinin atəşindən qaçmağa məcbur oldu.
Milli.az Dialog.ua-ya istinadən xəbər verir ki, təbliğatçı, sadəcə, "Azərbaycanın təxribatçılarından tamamilə azad oldu" deməyi bacardı və bu an dərhal atəş səsləri eşidildi.
Hərbçilər və Pegov-Gabrelyanov operatoru ilə birlikdə qaçaraq maşına atılır və tələsik uzaqlaşırlar. Sürücü avtomatdan atəş açır. Eyni zamanda, Peqov-Qabrelyanova görə "təxribatçıları" ortadan qaldıran Ermənistan ordusunun mövqeləri hakim yüksəklikdə idi. Başqa sözlə, Azərbaycan hərbi hücumunu asanlıqla kəsə bilərdilər, əksinə özləri dağılışmağa tələsdilər.
İstifadəçilər Pegov-Gabrelyanovun hərəkətini və onun Ermənistan Silahlı Qüvvələri barədə apardığı təbliğat açıqlamalarını lağa qoyurlar: "Ayağı yüngüldür, getdiyi yerdə bir müddət sonra Azərbaycan əsgərləri peyda olur", "Burada zarafat etməyəcəklər... Atəş açılan kimi, Ermənistanın qəhrəmanları xizək üstünə durdular"," Əla əməliyyatdır, dayandılar, siqaret çəkdilər, atəş açdılar və qaçdılar... ", "Bizə Azərbaycan ordusunun uğurlarını göstərdiyiniz üçün təşəkkür edirəm"," Elə "təmizlədilər" ki, özləri güclə qaçdı"," Sağ ol, Semyon! İndi də sabah Xankəndinə get ki, Şuşa şəhərindən sonra qoşunlarımız bir-iki günə oraya çatsın... Sən bir talisman kimisən", ""Təmizləməyə" gəldilər, amma sonra özlərini qaçaraq "təmizlədilər".
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












