Polisə avtomobilinin qaçırıldığını dedi - yalanı üzə çıxdı
Avtoxəbər
30 Oktyabr 2021 14:34

Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi”nə oktyabrın 29-na keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən C.Qubadova məxsus “Niva” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla C.Qubadovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılması və avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra onun qərəzli olaraq polisə yalan məlumat verməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 2790
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
26 Noyabr 2026 17:54
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
26 Noyabr 2026 16:09
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
26 Noyabr 2026 14:00
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
26 Noyabr 2026 13:18
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
23 Noyabr 2026 23:11
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
23 Noyabr 2026 19:07
Bakıda ucuz avtomobillər satışa çıxarılır
23 Noyabr 2026 13:30
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
21 Noyabr 2026 20:24
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
21 Noyabr 2026 15:00
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
ŞƏRH YAZ












