Politoloqlar: "Ermənistanın cəzasız qalması daha çox cinayətə səbəb olur"

“Gəncəyə raket hücumu Ermənistanın danışıqlar kontekstində Azərbaycana təzyiq göstərmək cəhdidir. Çünki yekun nəticədə İrəvanda Bakının Dağlıq Qarabağ ərazilərini və bitişik bölgələri geri qaytarmaq fikrində ciddi olduğunu başa düşürlər və münaqişə zonasından kənar bölgələrə raket zərbələri ilə Azərbaycan əhalisini ruhdan salmağa çalışırlar”.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko deyib.
“Yaşayış məntəqələrinin atəşə tutulması bir çox cəhətdən hibrid müharibə üsuludur ki, bununla da Azərbaycan daxilində cəmiyyəti parçalamaq, ərazilərin geri qaytarılması fikrindən daşındırmaq istəyirlər. Digər yandan, əsas regional liderlərin belə hadisələrə laqeyd yanaşması münaqişəni yalnız alovlandırır”, - o bildirib.

Ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Qleb Parfyonovun fikrincə, Gəncənin atəşə tutulması mülki əhaliyə münasibətdə Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirilməlidir:
“Aydındır ki, Ermənistan qüvvələri qəsdən raket zərbələri endirib. Onlar Bakını bilavasitə Ermənistana zərbələr endirmək üçün təhrik edirlər. Çünki bu yolla müdafiə müqavilələri çərçivəsində üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyirlər. Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması indiki eskalasiyada ilk belə hal deyil və təəssüf ki, İrəvana diplomatik və ya güc metodu ilə təsir etməyincə, çox güman, sonuncusu da olmayacaq”.

O, həmçinin dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi halında bu münaqişənin hələ ötən əsrin 80-ci illərinin sonlarında həll oluna biləcəyini də vurğulayıb: “Hamımız Bosniyada Sarayevonun mühasirəyə alınmasını və sonra dünya ictimaiyyətinin qan axıdılmasına və cinayətlər törədilməsinə qarşı sərt və qəti təsirini xatırlayırıq. Dünya ictimaiyyəti bu məsələyə də belə reaksiya göstərsə, münaqişə tez bir zamanda səngiyəcək. Cəzasız qalmaq yalnız daha çox cinayətə səbəb olur”.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












