Prezident: “Bütün zərərçəkmiş insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar”

“İkinci Qarabağ Müharibəsi bizim şanlı qələbəmizdir. Biz düşməni öz torpaqlarımızdan qovduq. Bu qələbə böyük tarixi əhəmiyyətə malikdir”.
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, işğal edilmiş torpaqlarımıza düşmənin vurduğu ziyan dəqiq hesablanır:
“Bütün zərərçəkmiş insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq. İlk növbədə vurulan ziyan hesablanacaq, dağıdılan bütün infrastruktur bərpa ediləcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.
Hazırda münaqişəsinin siyasi həlli mərhələsindəyik. Bu münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi bu münaqişənin hərbi mərhələsinə son qoyub.
Mən bu münaqişənin, İkinci Qarabağ Müharibəsinin əvvəlində də demişdim, yenə də qürurla deyirəm ki, bu münaqişənin hərbi-siyasi həlli yolları var idi. Azərbaycan bunu döyüş meydanında sübut etdi və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Yaxın günlərdə bizim bu günə qədər işğalda olan Ağdam, Laçın və Kəlbəcər rayonları da Azərbaycana qaytarılacaq”
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












