Putin: “Qarabağ münaqişəsinin uzunmüddətli həlli üçün tərəflər arasında maraqlar balansı tapmaq lazımdır”

“Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür”.
“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib.
"Uzun müddətli həll (Dağlıq Qarabağda) nədə və ya haradadır? Mən indi sizin sualınızın əsl mahiyyətə gəlirəm. Hər iki tərəfi razı salan maraqlar balansını tapmaq üçün bizim sonsuz hörmətlə yanaşdığımız Azərbaycan xalqı kimi, erməni xalqının maraqları da nəzərə alınmalıdır.
Artıq üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfə effektiv şəkildə inkişaf etməyə imkan vermir", - deyə Putin bildirib.
O qeyd edib ki, birinci mərhələdə hərbi əməliyyatları dayandırmaq, insan ölümünə son qoymaq və danışıqlar masası arxasına oturmaq lazımdır.
"Minsk qrupu və onun həmsədrləri - Rusiya, ABŞ və Fransa tərəfindən hazırlanmış təkliflər əsasında, Minsk qrupunun digər iştirakçılarının iştirakı ilə birgə iş əsasında konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar", - deyə Putin bildirib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












