Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları məişət zəminində münaqişlərə yol verməmək üçün Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında əlaqəni yoluna qoymağa çağırıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Erməni birləşmələrinin bir sıra rayonlardan, o cümlədən Ağdam və Laçından çıxmasından sonra orada dinc erməni əhalisi qalacaq. Aydındır ki, sülhməramlılarımız ayrılma xəttində dayanır”, - deyə V.Putin bildirib.
O, qeyd edib ki, sülməramlılarla həm Azərbaycan, həm də erməni tərəfi arasında yaranmış xoş münasibətdən xəbərdardır.
“Ermənistan ordusunun boşaltdığı yerləri tutan insanlar - bəli, əlbəttə, bunlar münaqişə tərəfləridir, amma münaqişə bitdi. Axı bunlar mədəni insanlardır və bilirəm ki, əhval-ruhiyyələri ümumiyyətlə xeyirxahdır. Ancaq hər iki tərəflə - bu halda Azərbaycan tərəfi ilə əlaqə qurmaq lazımdır ki, azad edilmiş rayonlarda vəziyyət stabil olsun və hər iki millətin insanlarının məişət zəminində heç bir qarşıdurma olmadan birlikdə yaşamalarına şərait yaradacaq şəkildə olsun”, - deyə V.Putin bildirib.
“Əlbəttə ki, bu artıq sözün tam mənasında Azərbaycan tərəfinin məsuliyyətidir. Ancaq mən Azərbaycan Prezidentinin yanaşmasını bilirəm – o, gələcək işin təşkilinə məhz bu şəkildə və bu cür mövqedən yanaşır”, - deyə V.Putin əlavə edib.
Bizimlə əlaqə saxlayın
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












