“Qala Maşınqayırma” ötən il zərər edib - HESABAT

“Qala Maşınqayırma” ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
2022-ci ildə “Qala Maşınqayırma” 120 min 65 manat xalis zərər edib. 2021-ci şirkət 26 min 226 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 2021-ci illə müqayisədə 64.1% artaraq 1 milyon 652.1 min manat, əməliyyat xərcləri isə 52% artaraq 1 milyon 433.8 min manata yüksəlib. Şirkətin əməliyyat mənfəəti 218.3 min manata bərabər olub ki, buda illik müqayisədə 3.4 dəfə çoxdur. Bu dövrdə sair əməliyyat xərclərinin 7.3 dəfə artaraq 148.2 min manat, fövqəlada xərclərinin isə 13.8 dəfə artaraq 211.9 min manat təşkil etməsi nəticəsində şirkət zərərlə üzləşib.
Ötən il “Qala Maşınqayırma” ASC-nin öhdəlikləri artıb, aktivləri isə azalıb. Belə ki, 2022-ci ildə şirkətin cəmi aktivləri əvvəlki illə müqayisədə 1.3% azalaraq 2 milyon 801,3 min manat, cəmi öhdəlikləri isə 53.2% artaraq 239.5 min manata bərabər olub.
2023-cü ilin yanvar ayının 1-nə “Qala Maşınqayırma” ASC-nin cəmi kapitalı 2 milyon 561.9 min manat təşkil edib ki, bu da illik müqayisədə 4.5% çoxdur.
“Qala Maşınqayırma” ASC neft-mədən sahələri üçün vacib sayılan avadanlıqlar, yəni ştanq elevatorları və tutucu tərtibatlı boru elevatorları, yuyucu fırlanğıc, dayaq traversinin düyümü, mexaniki çıxarıcı və bir sıra məhsulların istehsalçısıdır. (apa)
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










