Qarabağ məsələsinin siyasi həlli mümkündür - Lavrov əmindir
Avtoxəbər
14 Oktyabr 2020 14:10

Dağlıq Qarabağdakı vəziyyətin siyasi yolla tənzimlənməsi mümkündür, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bununla bağlı təklifləri danışıqlar masasında qalır. TASS-ın məlumatına görə, bunu 14 oktyabrda Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Sputnik”, “Komsomolskaya Pravda” və “Qovorit Moskva” radiostansiyalarına verdiyi müsahibəsində bildirib.
"Əlbətdə ki, siyasi həll mümkündür. Həmsədrlərin hazırladıqları və hazırlamağa davam etdikləri təkliflər danışıqlar masasında qalır, onların məzmunu artıq məlumdur: bu, Qarabağın təhlükəsizlik zəmanətlərinə riayət etməklə və son status müəyyənləşənə qədər Ermənistanla Qarabağ arasında etibarlı əlaqəni təmin etməklə Qarabağ ətrafındakı bölgələrin mərhələli şəkildə, tədricən azad edilməsidir”, - deyə S. Lavrov bildirib.
O, oktyabrın 14-də Azərbaycanın Xarici İşlər naziri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdiyini bildirib. Rusiya Xarici İşlər Naziri əlavə edib ki, Rusiyanın hərbi müşahidəçiləri Dağlıq Qarabağdakı atəşkəsə nəzarət mexanizminə daxil edilə bilər.
Oxunub : 1180
DİGƏR XƏBƏRLƏR
24 Oktyabr 2026 23:47
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
23 Oktyabr 2026 22:52
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
22 Oktyabr 2026 19:33
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22 Oktyabr 2026 16:41
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
22 Oktyabr 2026 13:18
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
ŞƏRH YAZ












