“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı: “Zəng edib dedi ki, ..." - FOTO

Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediliblər.
Həmin şəxslərdən biri gizir Rufiz Budaqov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.
Budaqov Rufiz Şirzad oğlu 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Tivi kəndində anadan olub.
O, əsgərliyini başa vurduqdan sonra gizirlik kursunda oxuyub. Ailədə dörd qardaşdırlar. Şəhidimiz evin böyük övladı olub.
R.Budaqovun həyat yoldaşı Nüşabə Budaqova deyir ki, Rufiz şəhid olan günü onlarla əlaqə saxlayıb:
“O, tank komandiri idi. Mənə zəng etdi, dedi ki, məndən nigaran qalmayın. Həmin vaxt əlaqə kəsildi. Murov yüksəkliyi uğrunda qəhrəmancasına döyüşüb.
Rufiz mehriban adam idi. İşlə əlaqəli evdə çox olmurdu. O, evə gələndə bizim üçün bayram olurdu. İşini çox sevirdi. Tankda hər hansı bir problem olan zaman onu özü söküb düzəldirdi. Vətəninə torpağına bağlı insan idi. Onun üçün də döyüşə ilk gedənlərdən oldu”.
Gizirimizdən iki qız, bir oğlan övladı yadigar qaldı…
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












