Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Ruslan Tağıyev - FOTO

Polkovnik-leytenant Ruslan Tağıyev də Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızdandır.
R.Tağıyev Laçının Xanalılar kəndində gedən döyüşlərdə şəhid olub.
Polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyev 2019-cu ilin fevral və iyun aylarında ikili razılaşma əsasında Çinin Pekin şəhərində ölkəmizi təmsil edib və hərbi biliklərini artırmaq məqsədilə təhsilini davam etdirib. 2020-ci ilin oktyabrında isə Türkiyədə doktorantura təhsili almağı planlayıb. Lakin Vətən müharibəsi başlayan zaman övladları Fuad, Polad və 3 yaşlı Nurayı həyat yoldaşına əmanət edərək ezamiyyətə gedirəm, deyib. Ailəsi bir neçə gün sonra onun döyüşdə olduğunu öyrənib.
Vətən uğrunda canını fəda edən igid zabitimiz Vətən müharibəsində bir çox strateji yüksəkliklərin alınmasında mühüm rol oynayıb. Füzuli, Zəngilan, Cəbrayıl rayonlarında gedən şiddətli döyüşlərdə iştirak edib, son döyüşü isə Laçının Xanalılar kəndində olub.
R.Tağıyev döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 38 illik ömrünün 21 ilini Vətənə xidmət edən şəhid noyabrın 5-də II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












