Qarabağa enerji verilişi ilə bağlı VACİB ADDIM - VİDEO

“Azərenerji” Qarabağ və ətraf rayonları əhatə edən “Goranboy” Paylayıcı Məntəqəsində və Respublikanın Şimal-Şərq rayonları, eləcə də, Abşeron yarımadasını əhatə edən “Yaşma” yarımstansiyasında idarəolunan şuntlayıcı reaktorlar quraşdırır.
ASC-dən Avtosfer.az-a verilən məlumata əsasən, Azərbaycanın enerji sisteminin iki əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləməklə yanaşı rejim imkanlarını yaxşılaşdıracaq və bununla da reaktiv yükün kompensasiyasını təmin edəcək.
İdarəolunan şuntlayıcı reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.
Bununla yanaşı idarəolunan şuntlayıcı reaktorun quraşdırıldığı strateji əhəmiyyətli 330, 220, 110, 10 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur. Müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılmaqla, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir.
Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir. Qeyd edilib ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 330 kV-luq hava xəttinin çəkilməsinə başlanılıb.
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










