Qarabağa ilk olaraq hansı istiqamətlərdən marşrut xətləri olacaq? - AÇIQLAMA

İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işləri davam etdirilir. Bu ərazilərə investisiya yatırmaq istəyən sərmayədarların sayı da artır.
İlk olaraq hansı ərazilərə avtobus xətləri açılacaq? Nəqliyyat xətləri yenidən qurulacaq?
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib ki, daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək: “Həmin ərazilərdə təxminən 22 avtomobil nəqliyyatı təsərrüfatı olub. Bu səbəbdən də biz avtomobil nəqliyyatı infrastrukturunu tamamilə yenidən quracağıq. Artıq bu istiqamətdə işlərə start verilib.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam, Xocavənd rayonlarının əraziləri, eləcə də Şuşa şəhəri üzrə müəyyən araşdırmalar həyata keçirilib. Orada avtomobil nəqliyyatı infrastrukturunun qurulması üçün təkliflər hazırlamışıq. Bu proses məskunlaşmaya uyğun olaraq aparılacaq”.
“Füzuliyə yaxın olan Horadiz şəhərindən Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətində marşrutlar nəzərdə tutmuşuq. Eyni zamanda Ağdamdan Şuşa istiqamətinə marşrut xəttinin olması gözlənilir. Gəncə, Yevlax, Beyləqan, Bərdə şəhərlərindən və Bakı şəhərindən müxtəlif istiqamətlər üzrə birbaşa marşrutlar təmin olunacaq”.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












