Qarabağdakı sülhməramlıların müşahidə məntəqələrinin sayı AÇIQLANDI

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlıların müşahidə məntəqələrinin yerini və tərkibini açıqlayıb.
Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun açıqlamasına görə, bölgədə ümumilikdə 23 müşahidə məntəqəsi qurulub.
“Mövcud vəziyyəti nəzərə alaraq Rusiya kontingentinin komandanlığı müşahidə postlarının mövqeyini və tərkibini açıqlayıb. Sülhməramlı əməliyyat bölgəsində vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarət 23 müşahidə məntəqəsində sülhməramlı bölmələr tərəfindən həyata keçirilir. Şimal zonasında 11, cənub zonasında isə 12 müşahidə məntəqəsi qurulub”,- deyə Konaşenkov bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












