Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək

“İşğaldan azad edilmiş Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıq. Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik".
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev "Anadolu" agentliyinə bildirib.
Şöbə müdirinin sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə görüş keçirilib.
“Türkiyədə tikinti ilə bağlı tenderlərdə sifarişçi qurumlar minimum qiymət müəyyən edir. Biz də eyni sistemi tətbiq edəcəyik. İndiyə qədər Azərbaycanda bu məsələ ilə bağlı xarici şirkətlər cətinliklər yaşayırdı, proses uzanırdı, bürokratik əngəllər olurdu, bundan sonra isə asan olacaq. Türk və yaxud digər xarici şirkətlər Türkiyədə tenderə qatıldığı kimi, burda da tender şərtlərini hazırlaya biləcəklər", - deyə o, qeyd edib.
F.Mustafayev onu da deyib ki, Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək: "Türk iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır. Ümumiyyətlə isə indiyə qədər Türkiyə şirkətləri Azərbaycanda 16 milyard ABŞ dollarına yaxın dəyəri olan tenderlər udub. Bundan sonra da təkcə Qarabağ deyil, bütün ölkə miqyasında həyata keçirilən layihələrdə türk iş adamları cəlbedici təkliflər verə biləcəklər. Bu da Azərbaycanda rəqabət mühitini gücləndirəcək, görülən işlərini keyfiyyətini artıracaq".
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










