Qarabağla bağlı razılaşma harda olacaq? - AÇIQLAMA

“Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın beşinci maddəsinə əsasən, biz Rusiya ilə ortaq nəzarət məntəqələrinin açılması mövzusunda danışıqlarda qərar aldıq”.
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb:
“Bizlər də dəfələrlə Lavrovla görüşüb, danışıqlar apardıq. Bu müddəti Azərbaycanla birlikdə kordinasiyalı şəkildə davam etdirdik. Azərbaycanın da razılıq verdiyi şəkildə, daha öncə də bəyan edilən bəyanatın bəzi detalları elan edildikdən sonra Türkiyənin Müdafiə naziri ilə Rusiyanın Müdafiə naziri arasında sənəd imzalandı.
Sabah Rusiyadan gələn heyətlə bu məsələnin detalları danışılacaq. Razılaşma Azərbaycan torpağında, Azərbaycanın özünün uyğun bildiyi yerlərdə olacaq. Yəni nəzarət mərkəzi çox önəmli işlər görəcək.
Razılaşmanın şərtlərinə zidd ola biləcək addımların qarşısını alacaq. Atəşkəsin pozulması risklərinin qarşısını almaq üçün tədbir görəcək. Bunları ortaq çalışma qrupu əngəlləyəcək. Amma burada ən önəmli məsələ ev sahibi ölkənin verdiyi ixtiyar, yer və detallar, təbii ki, Azərbaycanla birlikdə təsbit ediləcək”.
O qeyd edib ki, bu addımların sülhə aparacağına ümid edir:
“Ümid edirik ki, Ermənistan bunlardan dərs götürəcək. Bir başqa ölkənin torpağında ömür boyu qalmaq mümkün deyil. Səmimi deyirəm ki, bu prosesin sonunda Ermənistanın və erməni xalqının bunu anlayacağına inanıram. Prosesin sonu Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir”.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO











