Qəhrəman şəhidimizin qan donduran səs yazısı - VİDEO

"Bu, mənim öz seçimimdir və bununla qürur duyuram. Sevinməlisən ki, sənin qardaşın şəhid oldu". Bu 21 yaşlı şəhid Mirsədi Bağırlının döyüşə getməzdən öncə qardaşına göndərdiyi son səs yazısıdır. Bu, Azərbaycan xalqının andıdır! Bu xalqın oğulları canlarını vətənlərinə qurban deyiblər.
"Bu seçim öz seçimimdi. Hərbidə işləməyim öz qərarımdı.Özümlə qürur duyuram ki, yəni mən, bu yerlərə gəlib çatmışam. Narahat olma, həyatla barışmaq lazımdır.Əgər başıma bir iş gəlsə həyatla barışıb, yolunuza davam etməlisiz.Ona görə heç kim pis olmalı deyil. Ona görə sevinməlisiz ki, mənim qardaşım şəhid oldu.Şəhidlik zirvəsinə getdi. Qayıda bilməsəm Vətən sağ olsun.Özünüzə yaxşı baxın.
Bu 21 yaşlı şəhid Mirsədi Bağırlının son səs yazısıdır. Döyüşə getməzdən öncə votsapla səsini qardaşına göndərib. Ondan öncə isə atası ilə danışan Mirsədi ondan halallıq istəyib.
Anası Səadət Bağırlı deyir ki, oğlum Vətəni uca tutdu. Sevdiyi bayrağına bürünərək şəhidlik zirvəsinə ucaldı. Bizim Ağdərəmizə gedən yola işıq saçdı.
Atası oğlu kimi döyüşmək və lazım olduqda canından belə keçməyə hazır olduğunu deyib.
Ürəyiniz rahat olsun Səadət ana. Ağdərənin Umutlu kəndinə ayaq basdığınızda oğlunuzla bir daha qürur duyacaqsınız. Üzərində gəzdiyimiz torpağı şərəfinlə qoruduğun üçün isə sənə minnətdarıq şəhid Mirsədi!
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












