Qənirə Paşayeva şəhid anası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Xəzər rayonunun Binə qəsəbəsinin sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəmil Oqtay oğlu Səlimovun anası Təranə Səlimova və şəhid ailəsinin digər üzvləri ilə Milli Məclisdə görüşüb, şəhidin anasını və ailə üzvlərini işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb:
“Əziz şəhid anası, sizi tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!
Sizin oğlunuz Vətən Müharibəsində fədakarlıqla iştirak edib, özünü Vətən uğrunda fəda edib.
Oğlunuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Dövlətimiz, xalqımız Cəmil kimi qəhrəman hərbçilərimizi unutmur və heç zaman da unutmayacaqdır.
Bir daha sizi tarixi zəfər münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












