Qənirə Paşayevə tarix yazan qazilərlə görüş keçirib - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Tovuz rayonundan olan bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Avtosfer.az-ın məlumatına görə Elçin Süleymanov, Emin Aslanov, Nəsib Rüstəmov, Rövşən Qəşəmov, Abbas Həsənov, Famil Hüseynov, Adil Şirinov, Rabil Əliyev, Hüseyn Həsənov, Ümid Ələsgərovu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib: “Əziz qazilər, Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!
Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu təqdim edib. Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.







Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












