Qubada qazilərlə görüş keçirildi - VİDEO

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbəri Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan beş hərbi qulluqçunun evində olublar.
Rayonun Zərdabi qəsəbəsində qazi Zöhrab Dənyalovun ailəsində olan rayon rəhbərliyi yaralının səhhəti və problemləri ilə maraqlanıb. Ailə üzvlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıqlarını, cəbhədə göstərdiyi şücaətə görə, hər bir vətəndaşın qazilərimizlə fəxr hissi keçirdiyini bildiriblər.
Daha sonra rayon rəhbərliyi Çartəpə kəndində Ramin Şükürovun, Xucbala kəndində Xaləddin Qocayevin ailsənə baş çəkiblər. Hər zaman dövlətin onların yanında olduğunu bildirən rayon icra hakimiyyəti rəhbərliyi göstərdikləri şücatə görə hər bir qaziyə təşəkkür ediblər.
Rayonun Amsar kəndində Anar Quliyevin və Birinci Nügədi kəndində Elman Tarverdiyevin ailəsində keçirilən görüşdə də əsgərlərimizin qəhrəmanlıqlarından və Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açılıb, 30 illik həsrətə son qoyulduğu bildirilib.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












