Qubadlının igid qəhrəmanı - Rahat uyu Komandir, tələbələrin tarix yazır! - VİDEO

Qubadlı deyəndə ağlımıza Milli Qəhrəmanımız Əliyar Əliyev gəlir. O Əliyar Əliyev ki, bir Qubadlı sakini kimi könüllü olaraq milli ordu sıralarına qoşulmuşdu, özü kimi könüllülərdən ibarət batalyon yaradıb ona uğurla rəhbərlik etmişdi, Qubadlıda və digər rayonlarımızda bir sıra uğurlu əməliyyatlara qatılmışdı və nəhayət, bu torpaq uğrunda şəhid olmuşdu. Əməkdaşlarımız bu gün qonaq kimi onun ailəsınin sevincinə ortaq olublar.
Üzlərində təbəssüm, gözlərində sevinc var. Qubadlı uğrunda döyüşən və qubadlılılardan ibarət könüllü batalyonu yaradan Azərbaycanın Milli Qəhramanı Əliyar Əliyevin ailəsi bu gün ən xoşbəxt günlərdən birini yaşayır... Şəhid milli qəhrəmanımızın həyat yoldaşı Pəri Hüseynova deyir ki, Qubadlı şəhərinin və bir neçə kəndinin düşmən işğalından azad edilməsi xəbərini eşidən zaman sevincinin həddi-hüdudu olmayıb.
Pəri Hüseynova həm də ona görə sevinir ki, Əliyar Əliyevin qanı yerdə qalmadı. O deyir ki, sırf yoldaşının xətrinə Qubadlı tam azad olunduqdan sonra ömrünün sonuna kimi orada yaşayacaq.
Əliyar Əliyevin qızı Pərvanə Əliyevanın da üzündə 27 illik həsrətin bir xoşbəxtliyi hiss olunur. Atası şəhid olanda onun 8 yaşı olub. Ancaq hələ də atası ilə bağlı xatirələr onun yadından çıxmayıb.
Qeyd edək ki, Milli qəhrəman Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev 1992-ci il oktyabrın 3-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. 7 dekabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə Əliyar Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












