Rusiya səfirliyi Ermənistanın növbəti yalanını ifşa etdi

Rusiyanın Ermənistandakı səfirliyi Ermənistan tərəfinin növbəti yalanını ifşa edib.
“Sputnik-Ermənistan”ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfirliyi erməni mətbuatının rusiyalı sərhədçilərdən iki nəfərin həlak olması barədə xəbərlərinin həqiqəti əks etdirmədiyini açıqlayıb.
Rusiya səfirliyi həmçinin erməni mətbuatına bu cür informasiya tullantılarına qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Bununla da, erməni tərəfinin beynəlxalq ictimaiyyəti aldatmaq niyyəti daşıyan təxribatı ifşa olunub. Rəsmi İrəvan “rusiyalı sərhədçilərin ölümü” xəbəri ilə öz daxili auditoriyası ilə yanaşı, Rusiya ictimaiyyətini də Azərbaycana qarşı qaldırmaq niyyəti daşısa da, sonda uğursuzluğa düçar olub. Ermənistanın hərbi-siyasi rəhbərliyinin əlaltısına çevrilən mətbuatının növbəti təxribatının Rusiya səfirliyi tərəfindən ifşa olunması ilə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisini hədəf almaması faktı bir daha öz təsdiqini tapıb.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO











