Rusiya XİN-dən üçtərəfli işçi qrupunun iclası barədə AÇIQLAMA

Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun iclası yaxın vaxtlarda keçirilə bilər.
Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, idarələrarası formatda Azərbaycan və Ermənistan tərəfi ilə üçtərəfli işçi qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsinə hazırlıq aparılır.
Qeyd olunub ki, Dağlıq Qarabağ nizamlanma prosesinin qərəzsiz və məsuliyyətli şəkildə həlli Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritet istiqamətlərindən olub və qalmaqdadır.
Xatırladaq ki, ötən gün RBK Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün bu gün Moskvada keçiriləcəyi barədə məlumat yayıb.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












