Şəhid ailələri və Qarabağ əlillərinə 9 minə yaxın ev verilib - FOTO

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi Zəfərin qürur və fərəhini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlərlə təminatı tədbirləri də davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avtosfer.az-a bildirilib ki, Nazirlik tərəfindən daha 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara verilib.
Salyanda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ərazilərimizi erməni faşizminin əsarətindən azad edən Ali Baş Komandanımızla, rəşadətli Silahlı Qüvvələrimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
Bildiriblər ki, 44 günlük Vətən Müharibəsinin hər günündə xalqımız cəbhədən yalnız qələbə müjdələri aldı. Ordumuz daim irəliləyərək düşməni doğma torpaqlarımızdan qovdu. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır. Bundan fərəhli heç nə ola bilməz. Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.
Həmişə dövlət tərəfindən onların təminatı sahəsində aparılan işlərdən razılıq edən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri göstərilən yüksək qayğıya, bu gün isə yeni evlərlə təmin olunduqlarına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı işləri ildən-ilə genişlənir. 2020-ci ildə onlara rekord sayda - azı 1 500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1 000-i verilib.
Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.










Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












