Şəhid Əhmədli Elməddinin 25 yaşı qeyd olundu - FOTO

Vətən müharibəsinin şəhidi Əhmədli Elməddinin doğum günü qeyd edilib.
“Report”un məlumatına görə, şəhidin 25 yaşı tamam olub.
Elməddin Gülverən oğlu Əhmədli 28 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub.
Təzəkənd kənd orta məktəbində orta təhsilini alıb. Daha sonra həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə ilk günlərdən qoşulub.
Bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Son dəfə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid Elməddin Əhmədli 19 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd qəbiristanlığında dəfn edilib.
Göstərdiyi igidliklərə görə, Ali Baş Komandan tərəfindən Elməddin Əhmədli ölümündən sonra ”Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz evli idi.
Bu gün onun ailəsi ilk dəfə olaraq Elməddinsiz doğum gününü qeyd ediblər. Şəhidinin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












