Şəhid Masim Qurbanov dəfn edilib - FOTO

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Masim Qurbanov dəfn edilib.
APA-nın verdiyi məlumata görə, Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Qurbanov Masim Hafiz oğlunun nəşi doğulduğu Masallı rayonunun Ərəb kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin atası, Birinci Qarabağ savaşının iştirakçısı olmuş II qrup Qarabağ müharibəsi əlili Hafiz Qurbanova təhvil verib.
Qeyd edək ki, Masim Qurbanov ötən il həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb. Cəbhənin Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Qubadlı rayonunun azad olunması uğrunda canından keçib və ali şəhidlik zirvəsinə yüksəlib. Evin ortancıl oğlu idi. Subay idi.

Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












