Şəhid olan Denis Proninin həyat yoldaşı: “Müharibəyə tərəddüd etmədən, könüllü olaraq getdi” - FOTO

“Sosial şəbəkələrdə ailəmizə maddi yardım göstərmək xahişi ilə fotolar yayımlayırlar, amma bizim buna heç bir ehtiyacımız yoxdur. Dövlət bizə lazımi dəstəyi göstərir. Yoldaşımın xatirəsinə hörmətini ifadə etmək üçün bizə çox adam baş çəkir. Bu cür dəstəyi gözləmirdim, çox təsirlənirəm”.
Bu sözləri erməni işğalçıları ilə döyüşdə şəhid olan Azərbaycan vətəndaşı Denis Proninin həyat yoldaşı Aynur Pronin-Əliyeva Media.Az-a deyib.
Həyat yoldaşı barədə xatirələrini danışan A.Pronin-Əliyeva onun mehriban, səmimi və həyat dolu bir insan olduğunu söyləyib.
“Bilirsiniz, həyata optimist baxan insan idi. Ölkəsini çox sevirdi və heç bir tərəddüd etmədən könüllü olaraq cəbhəyə getdi!”, - deyə A.Pronin-Əliyeva söyləyib.
Onun sözlərinə görə, Denis 8 oktyabrda sevimli qızı, doqquz yaşlı Alinanın ad günündən bir gün sonra şəhid olub.
“İnanın, onunla istədiyimiz kimi vidalaşa da bilmədik. Gedərkən sadəcə tezliklə qayıdacağına söz verdi. Hələ ki, onun yoxluğuna öyrəşmək olmur... Ancaq indi müharibə dövründə yaşayırıq və bu qədər vətənpərvərliyin olmasından məmnunam. Hər kəs doğma torpaqlarının azad edilməsi üçün cəbhədə döyüşə getməyə hazırdır. Xalqın vətənpərvərlik ruhu yüksəkdir. Mənim ərim də vətənpərvər idi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını verdi”, - deyə A.Pronin-Əliyeva vurğulayıb.
Həyat yoldaşı qeyd edib ki, Denis 1989-cu ildə Həzi Aslanov qəsəbəsində anadan olub, 59 saylı orta məktəbi bitirib, orduda xidmət etmək və hərbçi olmaq uşaqlıqdan arzusu olub:
“Lakin arzusu reallaşmayıb və sonrakı illərdə qaynaqçı işləyib. Ancaq müharibə başlayan kimi könüllü olaraq qeydiyyatdan keçib.
Gözəl həyat yoldaşı və mehriban ata idi. Bu il ailə həyatı qurmağımızın on ili tamam olur”, - deyə A.Pronin-Əliyeva sözünü yekunlaşdırıb.
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










