SERES M9-u ilk əldə edənlərdən biri də siz olun! - FOTOLAR

Avtoxəbər 17 May 2024 20:36 Oxunub 836
 SERES M9-u ilk əldə edənlərdən biri də siz olun! - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın ən qabaqcıl elektrik avtomobil idxalçılarından biri olan VOLT GROUP idxalçısı olduğu daha bir rəsmi brendin modelini öncədən bron etməyə imkan verir.

Komfortun, ən son innovativ texnologiya və ideal görünüşün vəhdəti – SERES M9 premium Plug-in hibrid SUV avtomobili artıq Azərbaycanda!

Hibrid və elektrik avtomobil həvəskarları üçün ideal seçim və imkanlar təqdim edən, “Yaşıl dünya” anlayışına dəstək üçün ən son texnologiyanın adı – SERES M9!

Bütün səyahətlərinizdə evinizdəki kimi hiss edin!

Avtomobilin son texnologiyalarla təchiz olunmuş daxili salonu uzaq səfərlərinizdə ən yaxşı yol yoldaşınız olmasını və səyahətinizi maksimum rahat şəkildə tamamlamağınızı təmin edəcək.

6 nəfərlik yüksək komfortlu salona malik avtomobilin salonunda ikinci və üçüncü sıradakı sərnişinlər üçün ekranla yanaşı, indiyə qədər heç bir avtomobildə analoqu olmayan lazer proyektoru da vardır ki, bu da rahatlığınız və eleqant hiss etməyiniz üçündür.

Sözügedən proyektor həm interyerdə, həm də eksteryerdə mövcuddur və bu da hər səfərinizi maksimal edə biləcəyiniz deməkdir.

Azərbaycana idxal olunacaq 42 və 52 kVt/saatlıq akkumulyatorla və ya tam elektrik versiyalarında SERES M9 modeli komplektasiyalarından asılı olaraq 490 və 522 at gücünə malikdir.

Avtomobilin 100 km/saat sürəti yığması hibriddə 4,9 saniyəyə, elektrikdə isə 4,3 saniyıyı baş tutur.

Modelin ölçüləri 5230 x 1999 x 1800 mm, təkər bazası isə 3110 mm-dir.

SERES M9-un digər üstünlükləri:

  • Təbii dəri interyer;
  • Ən qabaqcıl ağıllı sürücülük sistemləri;
  • Ən müasir təhlükəsizlik xüsusiyyətləri;
  • Müxtəlif yol şəraitində hamar idarəetməni təmin edən adaptiv pnevmatik asqı;
  • Uzun məsafə qət etmə qabiliyyəti;
  • Ardıcıl hibrid olması;
  • 192 xəttli LiDAR texnologiyasının mövcudluğu;
  • Ən kiçik dönmə radiusu və innovativ strukturlara gücləndirilmiş sükan idarəetmə texnologiyası;
  • 2,6 milyon piksel dəqiqlikli işıqlandırma.

Qeyd edək ki, rəsmi idxalçıdan avtomobilə 5 il və ya 100 000 km, batareyaya 8 il və ya 160 000 km zəmanət verilir.

Sözügedən modelin Azərbaycan üzrə satışı “VOLT GROUP”a məxsusdur və şirkət tərəfindən avtomobilin rəsmi təqdimatının yaxın günlərdə olması planlaşdırılır.

Avtomobil haqqında əlavə məlumat və yarana biləcək digər suallara cavab almaq üçün zəng edin: *0078

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh