Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq? - VİDEO

Artıq bu gündən etibarən regionlararası və şəhərlərarası səfərlərini avtovağzallardan təmin etmək istəyən sərnişinlərdən COVID-19 pasportu, immunitet sertifikatı və ya əks-göstəriş sənədi tələb olunur. Bu gün başlayan prosesə nəzarət necə həyata keçirilir?
Avtovağzalların xidmətindən istifadə üçün sərnişinlərdən müvafiq COVİD əleyhinə sənədlərin tələb olunmasından sonra qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin daha da aktivləşməsinin qarşısının alınması üçün sərt tədbirlərə başlanacaq. Xüsusən də vaksinasiya ilə bağlı heç bir sənədə malik olmayan sərnişinləri xidmətlərindən istifadəyə cəlb edən sürücülərin aşkarlanmasında Dövlət Yol Polisinin əməkdaşları da iştirak edəcək.
Bu gündən etibarən noyabrın 1-ə kimi avtovağzalların xidmətindən istifadə etmək istəyən sərnişinlərin ən azı birinci doza vaksin qəbul etmiş olmaları kifayətdir. Lakin vaksinasiya prosesinə cəlb olunmamış şəxslərə də elə avtovağzalda imkan tanınır.
Avtovağzala gələrək, bölgələrə getmək istəyən 10-dan çox sərnişin COVİD-19 əleyhinə heç bir sənədi olmadığına görə, xidmətlərdən istifadə edə bilməyib. Lakin elə avtovağzaldaca peyvənd olunaraq, yoluna davam edənlər də azlıq təşkil etməyib.
Qeyd edək ki, noyabrın 1-dən sonra isə, ölkə üzrə bütün avtovağzallarda sərnişinlərdən ikinci doza vaksini qəbul etmələri ilə bağlı sənəd də tələb olunacaq.
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?














