Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”

Müharibənin başlanmasından sonrakı gün Qarabağa könüllü olaraq yollandım və əlimdən gələn yardımı göstərdim: Bir neçə gün orduda, daha sonra “prezident”in yanında müşavir kimi.
“Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Şuşada və onun yaxınlığında imkanlarım daxilində könüllü dəstələrin təşkilinə və həmin dəstələrin ordu ilə qarşılıqlı əlaqəsinə yardım etdim. Şuşadakı əməliyyata rəhbərlik etməyimlə bağlı məlumatı təkzib etmək istəyirəm. Həmçinin şəhərin xəyanət nəticəsində verilməsi fikrini də təkzib etmək istəyirəm. Bu belə deyil”, - deyə S.Ohanyan bildirib.
O, qeyd edib ki, 6-7 noyabrda hücumlar və əks-hücumlar davam edib.
S.Ohanyanın sözlərinə görə, erməni dəstələri azərbaycanlıların əhəmiyyətli say üstünlüyü (həmçinin PUA-ların dominantlığı) şəraitində vuruşub. Ohanyanın özünün də komandirlə birlikdə olduğu Şuşadakı idarəetmə məntəqəsi 10 saat mühasirədə qaldıqdan sonra köçürülüb.
“Şuşanın süqutunun səbəblərindən biri düşmənin say üstünlüyü oldu. Azərbaycanlılar ətrafdakı meşələrin hesabına dolayı yolla şəhərə girə bildilər. Bundan sonra da döyüşlər davam etdi, ancaq say üstünlüyü və havadakı üstünlük həlledici oldu”, - deyə S.Ohanyan bildirib.
Müəyyən bölmələrin hələ də Şuşanın kənarında olduğu barədə məlumatlara gəlincə, S.Ohanyan bunu yalnız şayiə səviyyəsində bildiyini qeyd edib.
“Hərbçilərin qəhrəmancasına vuruşmasına baxmayaraq, erməni tərəfi yenə də məğlub oldu. Məğlubiyyətdə sadəcə ordu deyil, həm də hərbi-siyasi rəhbərlik günahkardır. Xalq mövcud hakimiyyətin bunun üçün hansı məsuliyyət daşıdığına qərar verməlidir”, - deyə keçmiş müdafiə naziri bildirib.
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










