Şirkət rəhbəri: Elektromobil varlılar üçündür

“Renault” şirkətinin rəhbəri Luka de Meonun İtaliyadakı konfransda çıxışı ciddi rezonans doğurub.
Avtosfer.az xəbər verir ki, şirkət rəhbəri 2035-ci ilədək Avropada elektromobilə keçidin mümkün olmayacağını bildirib. O, həmçinin Avro-7 ekoloji normalarının da lüzumsuz və bahalı iş olduğunu iddia edib.
Doğrudur, oxşar fikirləri başqaları da söyləyib. Lakin fransız iş adamının elektromobillə bağlı iddiası daha çox müzakirə olunur: “Mən hər zaman demişəm ki, elektromobil varlılar üçün inqilabdır. Bu texnika zənginlər üçün istehsal edilir, hər kəs üçün deyil”.
Meo əlavə edib ki, elektromobilə keçidlə “fərdi mobillik aradan qalxacaq. İldə 17 milyon təzə maşının satıldığı Avropa bazarı da olmayacaq. İnsanlar əllərindəki avtomobilləri mümkün qədər uzun müddət saxlamağa çalışacaqlar. Təbii ki, siyasətçilərin icazə verdikləri qədər”.
İş adamı iddia edir ki, elektromobilə keçidlə cəmiyyətdə fərdi nəqliyyat vasitələrinə sahiblik baxımından ciddi uçurum yaranacaq. Sosial problemin qarşısını almaq üçün keçidi 2040-cı ildən sonraya saxlamaq lazımdır.
Vüqar
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










