Sükanı sağdan sola keçirilən avtomobillərdə təhlükə üzə çıxdı - QISAQAPANMA - VİDEO

Ekspertlər və avtomobil ustaları sükanı sağdan sola keçirilən nəqliyyat vasitələrini almamağı tövsiyyə edir.
Bəzi ölkələrdə həm sağ, həm sol sükanı olan avtomobillər istifadə olunur, bəzilərində isə yalnız sağ və ya yalnız sol sükana icazə var. Xüsusən də, İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bizim ölkədə 1998-ci ildə "Yol hərəkəti" haqqında qanun qəbul olunanda, qayda belə qoyulub ki, sükanı sağda olan avtomobillər ölkəyə gətirilməsin.
“Amma bu gün Azərbaycana gətrilən avtomobillər arasında sükanı sağdan sola keçirilən kifayət qədər nəqliyyat vasitəsi var.”
Ekspert deyir ki, həmin avtomobillərin sükanı Gürcüstanda yerdəyişmə etdikdən sonra ölkəyə keçirilərək rahat şəkildə istisimara verilir.
“Bəs bunun təhlükəsi varmı?”
Usta Dəniz Ağabəyli hesab edir ki, həmin avtomobilləri xaricdə ucuz aldıqları üçün bəzi işbazlar onu Azərbaycana gətirib baha satmaq məqsədi ilə sükanın yerini dəyişirlər.
“Bəs bu necə həyata keçirilir? Sükanın yerini dəyişərkən detallar dəqiqliklə sağdan sola köçürülürmü?”
Usta deyir ki, naqillərdə bir-birinə bağlanarkən izoliasiyası yaxşı olmadığından sükanı sağdan sola keçən avtomobillərdə tez-tez qısa qapanma hallarına da rast gəlinir.
Ekspertlər tövsiyyə edirlər ki, avtomobil alarkən mütləq onu diaqnostika etdirmək lazımdır. Əks halda həm aldana, həm də külli miqdarda ziyana düşə bilərisiniz.
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO










