Sürət qutusunun dəstəyi əsgərin əlində qaldı - FOTO

Rusiyanın hərbi-sənaye kompleksi son 2 ildə tam gücü ilə işləyir. Ordunun tələbatını ödəmək üçün çox vaxt silah və texnika yoxlanılmadan döyüş zonasına yollanır. Keyfiyyət isə bəzən bərbad vəziyyətdə olur.
Avtosfer.az xəbər verir ki, Rusiya ordusu üçün alınan UAZ avtomobillərinin keyfiyyəti artıq yüksək səviyyədə müzakirə edilir. Ukrayna müharibəsinə yola salınmış maşınlarda detallar qopub düşür, antifriz və yağ axır. Döyüş gedən vaxtı avtomobillərin sıradan çıxması adi hal alıb.
Bu günlərdə bir əsgər ötürməni dəyişərkən sürət qutusu onun əlində qalıb. Heyət ikinci maşına keçsə də lazım olan yerə çata bilməyib. Bir neçə yüz metr sonra maşındanm yağ və antifriz axıb.
Senator Dmitri Roqozin məsələni Teleqramda ictimailəşdirib. O, zavod rəhbərliyini vəziyyəti yerində görmək üçün cəbhəyə getməyə çağırıb.
Vüqar Yaşaroğlu
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu













