Sürücülərə PİS XƏBƏR: Bu maşınların “zapçast”ı kəskin bahalaşdı

Son zamanlar əksər avtomobil modellərinin ehtiyat hissələrinin qiymətində ciddi bahalaşma müşahidə olunur. Xüsusən, Asiya (Cənubi Koreya, Yaponya) və Çin markalarının “zapçast”larında qiymət artımı özünü daha aydın şəkildə biruzə verir. Satış saytlarına nəzərə saldıqda, ən ciddi artım müxtəlif işıq lampalarında, əyləc detallarında və şinlərdə özünü göstərir. Digər tərəfdən, mühərrik avadanlıqlarında və avtomobil yağlarında da bahalaşma var.
Avtosfer.az xəbər verir ki, yenisabah.az bazardakı vəziyyəti və tendensiyanın səbəblərini araşdırıb. Ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkarlar qiymət artımını müxtəlif səbəblərlə izah ediblər. Əsas səbəb isə hissələrin xaricdən tədarükü ilə bağlıdır.
Satıcıların sözlərinə görə, əvvəllər ehtiyat hissələri ən çox Rusiya və Gürcüstandan idxal edilirdi. Lakin Ukrayna ilə müharibə səbəbindən şimal qonşumuza qoyulan sanksiya və qadağalar, bu ölkədən Azərbaycana gətirilən avadanlıqların həcmini xeyli dərəcədə azaldıb. Bu isə orijinal ehtiyat hissələrinin qiymətlərinə ciddi təsir göstərir. Onların dediyinə görə, hazırda bazarda orjinal “zapçast” tapmaq xeyli çətinləşib. Hazırda sürücülər belə detalları sadəcə markaların rəsmi dillerlərində əldə edə bilirlər. Yan fabriklərin istehsalı olan avadanlıqlar isə uzunömürlü olmur və tez sıradan çıxır. İlk baxışda ucuz olsa belə, əslində sürücülərə olduqca baha başa gəlir. Əlavə olaraq, maşınlarda qəza riski yaradan faktorlardan biri də məhz saxta ehtiyat hissələridir.
Satıcılar bazardakı tendensiyanın hələ uzun müddət davam edəcəyini istisna etmirlər. Bu kimi nüanslar sürücüləri hibrid və elektromobil maşınlar almağa sövq edə bilər. Çünki yaxın gələcəkdə bu növ avtomobillərin ehtiyat hissələrinin idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin tətbiqi gözlənilir.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












