Şuşa tamamilə türk-müsəlman ruhu daşıdığı üçün erməniləşdirə bilməyiblər - Tarixçi

Ermənilər uzun illər ərzində işğal olunmuş bir çox şəhər və rayonların onlara “mənsubluğu” ilə bağlı iddialar səsləndirsələr də, Şuşa şəhəri ilə bağlı nisbətən gözləmə mövqeyi tutublar. Çünki Şuşa şəhərinin demək olar ki, bütün abidələri türk-müsəlman dünyasının ruhunu daşıyır. Avtosfer.az xəbər verir ki,bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, Qarabağın mədəni və ictimai mərkəzi sayılan Şuşada hətta XIX əsrdən sonra - ermənilərin Azərbaycan ərazilərinə köçürülməsindən sonra belə ermənilər kütləvi şəkildə yaşamayıblar.
E.Kəlbizadə qeyd edib ki, işğaldan sonrakı dövrdə ermənilər bu şəhərdə saxtalaşdırma və erməniləşdirmə işlərini tədricən həyata keçirməyə çalışıblar. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunda olan yüzlələrə tarixi abidələr erməni vandalizminin təsirlərinə məruz qalıb.
Alim əlavə edib ki, işğala qədərki dövrdə Şuşa şəhəri və ətraf kəndlərdə qeydə alınmış tarixi abidələrin sayı 140-a yaxın olub. Bu abidələrin sırasında daş, tunc, dəmir dövrlərinə aid kurqanlar, daş qutu qəbirlər, mağaralar, malikanələr, tarixi evlər, məscidlər, tarixi qapılar və s. aiddir.
Tədqiqatçı bildirib ki, işğaldan sonra şəhərdəki Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məhəlləsinin məscidi dağıdılaraq təhqir edilib. Şərq və Avropa memarlığının xüsusiyyətlərini özündə əks etdirən Yuxarı Gövhərağa məscidinin baştağı dağıntılara məruz qalıb. Vaxtilə Mir Möhsün Nəvvabın abidə üzərində həkk etdiyi kitabələrin çoxu dağıdılıb:
"Doğrudur, sonrakı illərdə ermənilər qonşu müsəlman ölkələrindən memarlar cəlb etməklə burada müəyyən işlər aparmış və bunu “fars mədəniyyətinin nümunəsi” kimi qələmə verməyə cəhd göstərmişlər.
Bunlardan əlavə şəhərdə olan Çöl qala, Hacı Yusifli, Xoca Mərcanlı, Quyuluq, Seyidli, Culfalar məscidlərinin vəziyyəti barədə ümumiyyətlə məlumat yoxdur. Şuşaətrafı kəndlərdə - Malıbəylidə, Daşaltıda yerləşən müxtəlif xristian-alban abidələri “erməniləşdirilib”" .
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












