Şuşada yaralanan əsgər: “Vətənə canım da qurbandır” - FOTO

Elvin Rəsulov Azərbaycan Ordusunun 44 gün ərzində zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dunyaya gəlib. Ali təhsilli olan Elvin Rəsulov üç ay əvvəl Səfərbərlik və Hərbi Çağırışa Xidmət üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə cağırılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Elvin Rəsulov döyüşlərdə iştirak ediyi müddətdə bir neçə dəfə yaralanmasına baxmayaraq, hər dəfə də ambulator yardım aldıqdan sonra könüllü olaraq döyüş bölgəsinə yollanıb.
O, bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək çoxdankı arzusu idi: “Şükür ki, arzum gerçəkləşdi. Düzü, döyüşlərdə bir neçə dəfə yaralansam da, hərbi hospitalda ambulator yardım almışam. Hər dəfə həkimlər bildirirdi ki, vaxtında müalicə olunmasan, yaralar fəsadlar verə bilər. Ancaq cəbhədə döyüş gedə-gedə xəstəxanada qala bilməzdim. Ona görə də könüllü olaraq döyüşə getdim. Sonuncu dəfə Şuşa şəhəri uğrunda gedən savaşda şəhid olan döyüş yoldaşımın nəşini ərazidən uzaqlaşdıran zaman mina bir neçə metrliyimdə partladı. Başımdan və sol ayağımdan yaralansam da, şəhid döyüşçü yoldaşımın nəşini kəndirlə belimə bağlayaraq ərazidən uzaqlaşdırmağa çalışdım.
Yaralı ayağımı baldır hisəsindən bərk sıxaraq qanaxmanın qarşısını aldım. Komandir yaralandığımı gördü, əsgərlərə məni və əsgər yoldaşımın nəşini hərbi hosbitala aparmağı tapşırdı. Məni hərbi hospitala gətirdilər. Həkimlərə təşəkkür edirəm ki, mənə göz bəbəyi kimi baxdılar.
Hazırda müayinəmi davam etdirirəm. Həkimlərmiz ayağımı müayinə edəcəklər və onun amputasiya olmağına ehtiyac olmayacaq. Ehtiyac olsa, canım da Vətənə qurbandır".
Yaralı əsgərimizin anası deyir ki, oğlu ilə qurur duyur: “Mən bir əsgər anası kimi özümü hər bir şeyə hazırlamışdım. Şükür ki, oğlum bu gün yanımdadır. Bütun şəhid analarına səbr diləyirəm”.
Qeyd edək ki, İsmayıllı sakinləri hər gün yaralı əsgərimizin görüşünə gələrək ziyarət edirlər. Elvinin vaxtilə sinif rəhbəri olmuş Şəfaqət Rəsulov deyir ki, o, məktəb illərində vətənpərvər, cəsur, mərd oğlan olub: “Fəxr edirəm ki, cəbhədə edə bilmədiklərimizi şagirdlərimiz edir. İşğal altında olan müqəddəs torpaqlarımızı işğaldan azad edirlər. Var olsun belə igid oğullarımız. Yaşasın Azərbaycan Əsgəri!”
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












