“Şuşaya bir nəfəs qədər yaxınıq” - Prezidentdən önəmli AÇIQLAMA

Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan müharibənin 35-ci günündə - dünən Bakıya gələn Türkiyənin “Habertürk” saytının yazarı, professor Kürşad Zorlu bu gün maraqlı məqalə ilə çıxış edib.
Kürşad Zorlu noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.
Avtosfer.az xəbər verir ki, Kürşad Zorlu “Cumhurbaşkanı Aliyevden önemli açıklamalar: “Şuşaya bir nefes kadar yakınız!” adlı bugünkü məqaləsində Azərbaycana səfərinin təəssüratlarını bölüşüb.
Müəllif Azərbaycanın Qarabağda apardığı uğurlu mücadilənin bütün Türk Dünyası üçün böyük önəm daşıdığını vurğulayıb.
Kürşad Zorlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli qonaqları qarşılayarkən "Evinizə xoş gəldiniz!" deyə isti və səmimi münasibət nümayiş etdirib.
O, İlham Əliyevin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etməyi də unutmayıb.
Müəllif məqalədə çox maraqlı bir məqamı da təsvir edib. Bildirib ki, görüşdə Türkiyə nümayəndə heyətinin rəhbəri Binali Yıldırımın İlham Əliyevə ünvanladığı “Şuşada durum necədir” sualına Azərbaycan Prezidenti belə cavab verib:
“Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır”.
Kürşad Zorlu qeyd edib ki, Azərbaycan Prezidenti Qarabağda aparılan hərbi əməliyyatlarda Ordunun ərazilərin relyefini nəzərə alaraq, çox diqqətlə hərəkət etdiyini də bildirib.
"Biz ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 ədəd S300 müdafiə sistemini məhv etdik. Bunlar S400-dən bir az zəifdir. Bu silahları Gürcüstan üzərindən sınadılar və bacarmadılar. Bu silahları mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bu mövzuda beynəlxalq qurumlara da müraciət etdik, amma nəticəsi olmadı".
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












