Şuşaya çəkilən yeni yol nə vaxt istifadəyə veriləcək? - Agentlik açıqladı

"Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncama əsasən, yeni yolda layihələndirmə və tikinti işləri eyni anda aparılır”. Bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, 101,5 km-lik yol I texniki dərəcəyə uyğun tikilir. Onun eni 40 metr olacaq. Yolda gediş-gəlişli olmaq 4 əsas, 2 isə əlavə, ümumilikdə 6 hərəkət zolağının inşası nəzərdə tutulub.
"Qarşıdan qış mövsümü gəlir, iş açıq hava şəraitində işlər aparılır. Gələn il Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisinin yekunlaşdırılması planlaşdırılır. Yolun bir hissəsini tikib qurtardıqdan sonra nəqliyyat vasitələrinin hərəkətinə imkan yaradılacaq. Yolun tikintisinə həm yerli, həm də xarici mütəxəsislərin, podratçı şirkətlərin cəlb edilməsi nəzərdə tutulur", - deyə o, qeyd edib.
Xatırladaq ki, sözügedən sərəncamla bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan AAYDA-ya ilkin olaraq 50 milyon manat ayrılıb.
Noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Onlar yeni layihənin icrasının gedişi ilə tanış olublar.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO











