Taksidə siqaret çəkən sürücü və sərnişinlərlə bağlı monitorinq keçiriləcək - Deputat açıqladı

Bu gün Azərbaycanda sərnişinləri narazı salan məsələlərdən biri də ictimai nəqliyyatda, xüsusən də taksilərdə sürücülərin siqaret çəkməsidir. Ölkəmizdə 2017-ci ildə ictimai nəqliyyatda siqaret çəkilməsini qadağan edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Lakin taksi sürücüləri, bir sıra hallarda isə sərnişinlər bu tələbə əməl etmir.
Avtosfer.az xəbər vverir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, yol polisi əməkdaşları bu məsələ ilə bağlı tədbirlər görürlər. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən, sərnişindaşımalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məmulatı çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir.
N.Piriyev bildirib ki, adətən sərnişinlər özləri də sürücünün siqaret çəkməsinə etiraz edir və bu etiraz da taksidə siqaret çəkilməsi hallarını azaldır. Yəni bu qayda pozuntusu kütləvi xarakter daşımır, digər qayda pozuntuları ilə müqayisədə daha azdır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlamasında təəssüflə bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tez-tez pozulması hallarına rast gəlinir.
M.Quliyev qeyd edib ki, bununla bağlı məsələ komitənin iş planına daxil edilib: “Milli Məclisin payız sessiyasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı bir monitorinq keçirəcəyik və onu da dinləməyə çıxaracağıq. Dinləmələrdə, həmçinin Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edəcək. Monitorinq zamanı qanunun icrasının hansı səviyyədə olduğunu müəyyən edəcəyik və bunu müvafiq qurumların nümayəndələri ilə müzakirə edəcəyik”.
Qeyd edək ki, taksidə siqaret çəkməyə görə cərimə sərnişinə də şamil edilir. Əgər sərnişin də taksidə siqaret çəkərsə, eyni məbləğdə cərimə tətbiq olunur.
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO








