Taksidə şou göstərən sərnişini və sürücünü hansı cəza gözləyir? - VİDEO

Bakıda taksidə selfi çəkən gənc özünün və yoldakı digər şəxslərin həyatına təhlükə yaradıb. Avtomobilin hərəkətdə olmasına baxmayaraq, bir gənc mindiyi taksinin qabaq pəncərəsini tam açıb bədənini çölə çıxararaq selfi edib. Görüntüləri izləyən ekspertlər deyir ki, bu ciddi qayda pozuntusudur.
Avtomobil hərəkətdə olduğu halda qabağ yan şüşəsindən çölə çıxıb selfi edir.
Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində olub. Hadisənin şahidi olan şəxslərdən biri həmin anı çəkərək sosial şəbəkələrdə paylaşıb. Kadrlardan aydın olur ki, mindiyi taksinin qabaq pəncərəsini tam açaraq bədənini çölə çıxaran gənc selfi çəkməyə çalışıb.
Avtomobilin hərəkətdə olmasına baxmayaraq, həm özünün, həm də yoldakı digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan həmin şəxs bir əli ilə telefonu tutaraq nəhayət ki, foto çəkib..Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, həmin gəncin hərəkətləri kobud qayda pozuntusudur.
Belə qayda pozuntularının cəriməsi o qədər də yüksək olmadığından ekspert təklif edir ki, bu cür qayda pozuntularına yol verərək cəmiyyətə pis örnək olan şəxslər cərimə olunmaqla yanaşı həm də ictimai işlərə cəlb edilsinlər.
Sözügedən gənc bu şəkildə uzun müddət yol qət etsə də, heç kim ona kənardan müdaxilə etməyib. Maraqlısı bundadı ki, ''99-PD-359'' dövlət nömrə nişanlı avtomobilin sürücüsü də həmin şəxsin bu hərəkətinə göz yumur. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları artıq həmin şəxslərin saxlanması istiqamətinə axtarış aparırlar. Sürücü və yanındakı sərnişin aşkar edilən kimi inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










