Oğlanları ilə birgə döyüşüb şəhid olan atanın son sözləri - VİDEO

Əynində hərbi geyim, sağında və solunda iki oğlu olan qürurlu ata fotosu, yəqin ki, hamının yadındadır. Müşfiq Abbasov Vətən Müharibəsinin hələ ilk günlərində iki övladı Şamil və İntiqamla cəhbəyə yollanıb. Müşfiq Abbasov hələ Birinci Qarabağ Müharibəsində, gənc yaşlarında qardaşları ilə birlikdə ermənilərə qan uddurub.
Vətənin qürur tarixinin yazıldığı bu günlərdə isə oğulları ilə birlikdə düşmənin canına qorxu salıb.
Şamil Abbasovun sözlərinə görə, kiçik yaşlarından silahla oynayıb:
“Mənə güllə atmağı atam öyrətdi. Atam sanki illərdir bizə təlim keçirdi. Və məqamı gəldi, götürüb apardı”.
Ş.Abbasov bildirib ki, atası bu günləri illərlə gözləyib:
“Vətəni, torpağı sevməyi, ona bağlı olmağı bizə atam öyrədib. Atam Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Biz o kəndi görməsək də, atam oranı bizə çox sevdirib. Müharibə başlayandan sonra atam, biz və əmim könüllü cəbhəyə yollandıq. Son sözləri belə oldu: “Məni vursalar, özünü itirmə!”
Daha ətraflı AZTV-nin videosüjetində:
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












