TƏBİB: “Həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar”

“Ermənistanın atəşə tutduğu bölgələrdə xəstəxanalarımız fəaliyyətini davam etdirir, həkimlərimiz yaralıların xidmətindədir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, TƏBİB-in həmin ərazilərdə xüsusi həkim briqadaları var:
“Bu gün həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar. Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var. Lakin biz koronavirusla mübarizəni unutmamalıyıq.
Bir həkimin yoluxması 14 gün fəaliyyət göstərə bilməməsi deməkdir. Koronaviruslu xəstələrin həkimlərə ehtiyacı var. Bunu nəzərə alaraq, həkimlər də özlərini qorumalıdır ki, pandemiya xəstəxanaları xəstələrlə dolmasın”. (oxu.az)
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












