Təmas xəttində raket, 598 bombacıq və partlamış mərmi qalıqları aşkarlandı - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a bildirilib ki, daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hindarx qəsəbəsi və Qaraxanlı kəndi, Ağdam rayonunun Üçoğlan, Böyükbəyli kəndləri və 4 yol qəsəbəsi, Bərdə rayonunun Çəmənli və Xatınçay kəndləri, Beyləqan rayonunun Kəbirli kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Zobcuq qəsəbəsi, Alıxanlı və Kərimbəyli kəndləri, Goranboy rayonunun Qızılhacılı və Balakürd kəndləri, Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri Yevlax rayonu ərazisindən keçən hissəsinə, Tərtər rayonunun Qazyan, Qarağacı kəndləri və Mehtiyev küçəsi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 598 ədəd bombacıq və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 1 ədəd kamikadze dron partlayış yolu ilə zərərsizləşdirilib.






Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












