Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür

Bu gün erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun Qarabağda və ətraf rayonlarda antiterror və sülhə məcbuertəmə əməliyyatlarına başlamasından 1 ay keçir.
Avtosfer.az xəbər verir ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), 150-dən artıq kənd, onlarla strateji yüksəklik işğaldan azad edilib.
Bu müddət ərzində minlərlə canlı qüvvəsi və zirehli texnikası məhv edilən düşmənə dəfələrlə sarsıdıcı zərbələr vurulub və təcavüzkar Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur edilib.
Ermənistan tərəfinin uğursuzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raket və artilleriya zərbələri ilə atəşə tutmasına rəğmən, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə alıb, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırıb.
Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əmliyyatları dəstəkləyib, onminlərlə vətən övladı könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət edib.
Bu gün hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun qələbəyə nail olması üçün əlindən gələni edir.
Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs ölkə rəhbərliyini səmimi şəkildə dəstəkləyir və eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözləyir.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












