“Torpaqların hamısı Azərbaycana qaytarılacaq” - Mövlud Çavuşoğlu

“İşğal olunmuş torpaqların hamısı Azərbaycana qaytarılacaq”. Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. “Bu razılaşmanın altında Ermənistan prezidentinin imzası varmı? Var. Bu, ölkəni də razılaşmaya təhkim edir. Daha əvvəl atəşkəsi pozduq, yenə pozarıq desələr, - 3 dəfə pozublar, cavabını alıblar,- belə bir vəziyyətdə də bədəlini ödəyəcəklər. Azərbaycan qan tökməyə həvəsli deyil. Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək üçün çox səbr edib. Bundan sonra seçim Ermənistanındır.
Burada sülh olarsa və Azərbaycan torpaqları geri qaytarılarsa, bundan hər kəs faydalanacaq. Kimə daha çox fayda verəcək?! Region ölkələrinə. Bura Ermənistan da daxildir”,- deyə Çavuşoğlu qeyd edib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












