"Toyota Crown" modeli sedan kuzovunu liftbekə dəyişə bilər

Toyota Crown sedanı yapon markasının qocaman modellərindən biridir. 1955-ci ildən bu günə qədər buraxılan model ilkin olaraq taksomotor kimi yaradılsa da, sonradan 15 nəsil dəyişdirərək yapon bazarının əfsanəsinə çevrilib. Sedanın aktual versiyası 2018-ci ildə debüt edib.
Pərəstiş obyekti olmasına baxmayaraq, Doğan Günəş ölkəsindən kənarda Crown modeli o qədər də populyar deyil. Bu vəziyyəti aradan qaqldırmaq üçün, yapon markasının mütəxəssisləri gələn ilin ikinci yarısında əfsanəvi modelin növbəti nəslini təqdim etməyə hazırlaşırlar.
“Best Car” nəşri tərədindən dərc edilmiş təsvirlərdən göründüyü kimi, gələcək Toyota Crown modeli “dördqapılı kupeyə” çevriləcək və Audi A7 Sportback modelinin üslubunda dizayna malik olacaqdır. Yeni model nazik formalı işıq texnikası, trapesiyaşəkilli radiator barmaqlığı, habelə mürəkkəb ştamplaması olan çıxıntılı kuzovu ilə seçiləcəkdir.
Yeni Crown modeli TNGA arxitekturasının versiyalarından biri olan GA-K modul platformasında inşa ediləcəkdir. Bu platformadan Toyota Camry və Lexus ES modellərinin istehsalında istifadə olunur. Yeni platforma sayəsində “Kraun” modelinin uzunluğu beş metrə çatacaqdır.
Yeni modelin mühərrik çeşidinə 245 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikin və hibrid güc qurğusunun daxil olacağı gözlənilir. Sonuncunun tərkibinə 226 at qüvvəli 2,5-litrlik atmosfer mühərriki və elektrik mühərriki daxil olacaqdır. Bundan başqa, yeni Crown modeli opsional e-Four tam ötürməsi ilə də təklif ediləcəkdir.
Avqust ayının ortalarında Spyder7 nəşri Şəbəkədə olan bütün məlumatları toplayaraq növbəti nəsil Toyota Crown modelinin ilk təsvirini dərc etmişdi. Bundan başqa, mütəxəssislər yapon sedanının ön ötürməli quruluşa keçəcəyini iddia edirdilər.
Mənbə: autograph.az
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










