"Toyota Mirai" bir dəfəyə rekord göstəricidə yol qət edib

Toyota Mirai artıq birinci dəfə deyil ki, hidrogen elementlər vasitəsilə çalışan mühərrikinin hesabına göstərdiyi çalışma müddəti ilə potensial alıcılarını heyrətləndirir. Bu dəfə isə sözügedən avtomobil Ginnesin Rekordlar Kitabına düşüb. Belə ki, Toyota Mirai bir dəfə tam yanacaqla təmin olunandan sonra rekord göstəricidə yol qətt edə bilib. Toyota Mirai avtomobilinin Ginnesin Rekordlar Kitabına düşməsinə səbəb olmuş yol səyahəti bu ilin 23-24 avqust tarixlərində baş tutub. Avtomobilin sərgilədiyi yekun nəticə isə Ginnesin Rekordlar Kitabının təmsilçiləri tərəfindən qeydə alınıb. Yol səyahətinə startın verilməsindən öncə Ginnesin Rekordlar Kitabının təmsilçisi avtomobilin 5.65 kq hidrogen həcmində olan yanacaq bakını plomblayıb.
Səyahətin sonunda isə təmsilçi yanacaq bakını diqqətlə yoxlayıb. Beləliklə Toyot Mirai ümumilikdə 1360 km yol qətt etməklə inanılmaz nəticə sərgiləyib. Bununla yanaşı avtomobilin yanacaqla tam təmin olunması üçün cəmi 5 dəqiqə vaxt lazımdır. Səyahət zamanı avtomobildə 2 nəfər professional sürücü olub. Avtomobil öz səyahətini Kaliforniya üzərindən reallaşdırıb. “Toyota Mirai avtomobilinin əlavə yanacaq tələb etmədən bu qədər yol qətt etməsi yanacaq elementləri əsasında çalışan elektrik texnologiyalarının gücünü göstərir. Sözügedən texnologiya və Toyota komandasının ixtiraçılığı bu tarixi ana gətirib çıxardıblar” - deyə Ginnesin Rekordlar Kitabının təmsilçisi qeyd edib.
Mənbə: autograph.az
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












