Tramp avtomobillərə yeni tariflər tətbiq edəcək: Ən çox kimlər təsirlənəcək?

ABŞ prezidenti Donald Tramp digər ölkələrdən gələn yük maşınlarına 25% rüsum tətbiq etdiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Brussels Times" yazıb.
Amerika prezidenti bildirib ki, yeni tədbir 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək. Qeyd edilir ki, tariflər ABŞ-a daxil olan bütün orta və ağır yük maşınlarına təsir edəcək.
Ağ Evdən verilən məlumata görə, bu qərar "milli təhlükəsizlik" səbəbi ilə verilib. Bu, Amerika yük maşını istehsalçılarını dəstəkləmək məqsədi daşıyır.
Xatırladaq ki, martın sonunda ABŞ prezidenti Donald Tramp xaricdən gətirilən avtomobillərə 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. ABŞ prezidentinin fikrincə, bu addım Amerikaya yaxın iki il ərzində 600 milyard dollardan 1 trilyon dollara qədər gəlir gətirməlidir.
Ekspertlər belə qənaətə gəliblər ki, bu cür tədbirlər uzunmüddətli perspektivdə daxili investisiyaları və istehsalı stimullaşdıra bilər. Bununla yanaşı, ekspertlər qısa müddətdə ABŞ-da avtomobillərin qiymətinin mümkün artımı barədə xəbərdarlıq ediblər.
Onu da qeyd edək ki, bundan əvvəl ekspertlər ABŞ-ın Kanada və Meksikaya qarşı tətbiq etdiyi tariflərin ABŞ-da avtomobil qiymətlərinin 12 min dollar artmasına səbəb ola biləcəyini bildirmişdilər. Bunun səbəblərindən biri də bəzi avtomobil modellərində Meksika komponentlərinin çoxluğu olub.(valyuta.az)
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA












